Hazırda bütün dünya çətin sınaqlardan keçir.
Modern.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Milli Dövlət Qulluğu Universitetinin Hüquq fakültəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun fikrincə, mövcud vəziyyətin öhdəsindən yalnız güclü xalqlar gələ biləcək, zəiflər isə məhv olacaq.
“Biz elə bir dövrdə yaşayırıq ki, bütün dünyanın əsasları sarsılır. Macarıstanla qonşuluqda müharibə gedir və on, yüz minlərlə miqrant sərhədlərimizi mühasirəyə alır. Zəif xalqların məhv olacağı, güclülərin sağ qalacağı vaxtlardır. Ona görə də biz müdafiə xəttimizi və hüquq-mühafizə orqanlarını hər gün gücləndirməliyik”, - Orban deyib.
O, tələbələri güclü olmağa çağırıb və əlavə edib edib kiz “güc olmadan ədalətin dəyəri azdır”.
Paylaş: