Xəbər lenti

İran Çindən müasir hava hücumundan müdafiə sistemləri və lazer texnologiyaları əldə edib. Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Tehran bu texnologiyalardan növbəti müharibədə istifadə etməyi planlaşdırır. İranın hərbi strategiyası düşmən radarlarını korlamaq, radioelektron müharibə aparmaq və xüsusilə İsrailin qırıcılarını gözlənilməz vəziyyətdə tutmaq üzərində qurulub. Hərbi ekspertlər bildirirlər ki, bu sistemlər İranın hava və kosmik sahədəki müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 929          Tarix: Bu gün, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma