Xəbər lenti

“Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.

Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.

Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.

Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 935          Tarix: 24-07-2023, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma