Xəbər lenti

Rusiya Belarus ordusunu NATO-ya qarşı güc nümayişində istifadə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Məlumatda Belarus Müdafiə Nazirliyinin son hərbi təlim açıqlamasına diqqət çəkilib. “2023-cü il avqustun 7-də Belarus Müdafiə Nazirliyi 6-cı Əlahiddə Mühafizə Mexanikləşdirilmiş Briqadasının (6 SGMB) Belarusun şimal-qərbində, Polşa və Litva sərhədləri yaxınlığında yerləşən Qrodno bölgəsində təlim keçirilib" , - deyə məlumatda bildirilib.

Nazirlik bildirib ki, təlim Rusiya ordusunun Ukraynada əldə etdiyi təcrübəni mənimsəmək məqsədi daşıyır. "Təlim zamanı Belarus qoşunlarına “Vaqner” xüsusi hərbi təşkilatının az sayda nümayəndələrinin qoşulması az da olsa ehtimal edilir. Bu xüsusi təlimlər çox güman ki, Belarus ordusunun gündəlik həyata keçirdiyi təlimlərin bir hissəsidir. Briqadanın əsas qarnizonu Qrodnodadır və çətin ki, birlik onu döyüşə hazır vəziyyətə gətirmək üçün lazım olan vasitələrlə təmin olunsun”,- deyə məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 099          Tarix: 11-08-2023, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma