Xəbər lenti

Rusiya müharibə reallıqları qarşısında hərbi strukturlarını genişləndirir.

Daha bir yeni birləşmə - 18-ci Əlahiddə Ümumqoşun Ordusu yaradılır.

Bu barədə Britaniya Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Xülasədə qeyd edilib ki, hərbi birləşmə hazırda Xerson vilayətində fəaliyyət göstərən digər bölmələrin, eyni zamanda Krımdakı Rusiya qarnizonunu təşkil edən 22-ci Ordu Korpusunun birləşdirilməsi və gücləndirilməsindən ibarət olacaq.

Britaniya kəşfiyyatının məlumatına görə, yeni ordu əsasən səfərbər edilmiş şəxsi heyətdən ibarət olacaq və Ukraynanın cənubundakı müdafiə əməliyyatlarına yönəldiləcək.

“Rusiya çox güman ki, əsas ərazilərdə döyüşmək üçün daha təcrübəli bölmələr formalaşdırmağa  çalışır”, - deyə Britaniya Müdafiə Nazirliyi qeyd edib.

Mənbə: RBC-Ukrayna




Ana səhifəyə qayıt        Baxış: 3 018          Tarix: 21-08-2023, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma