Xəbər lenti

İsrail “yaxın 48 saat ərzində” İrana cavab verəcək.

Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb.

Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. 

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyan edib.

O bildirib ki, İranın İsrailə qarşı əməliyyatı başa çatıb.

“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, - deyə Baqiri qeyd edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 425          Tarix: 14-04-2024, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma