Xəbər lenti

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağ separatçılarının keçmiş "lider"lərinin yanvarın 17-də Bakıda başlayan məhkəmə prosesi ilə bağlı şərhlərdən çəkinib.

Bu barədə Oxu.Az Ermənistan mediasına istinadla xəbər verir.

"Şərh ediləsi bir şey yoxdur", - deyə o, jurnalistlərə qısaca cavab verib.

Bundan əlavə, Simonyan separatçıların tənqidinə reaksiya verməkdən qəti şəkildə imtina edib və onlara "qarışmamağı və susmağı" məsləhət görüb.

Ermənistan spikeri, həmçinin: "Artsax deyil, Qarabağ demək daha düzgündür", - deyə vurğulayıb və jurnalistlərlə söhbəti zamanı ardıcıl dörd dəfə "Qarabağ" sözünü işlədib.

Siyasətçi, eləcə də xatırladıb ki, Ermənistan heç vaxt bu regionun müstəqilliyini tanımayıb.

Ona Ağdamdan təzə narlarla şəkil çəkdirdiyi və "Akna (Ağdam) mənim vətənimdir" yazdığı xatırladılanda isə Simonyan tərəddüdlə: "Hamımız səhv edirik", - deyə cavab verib.

İrəvan və Bakı arasında danışıqların gedişatını şərh edən Alen Simonyan qeyd edib ki, danışıqlar müsbət istiqamətdə davam edir. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmamış qalan iki bəndi üzrə müzakirələr davam etdiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 4 084          Tarix: Bu gün, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma