Xəbər lenti
ABŞ prezidenti Donald Tramp cari ilin noyabr ayında Filippində keçiriləcək sammitdə iştirak etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırır.
Ovqat.com xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Filippinin ABŞ-dakı səfiri Marsiano Peynora istinadən məlumat yayılıb.
Diplomat deyib: "Tramp ABŞ prezdienti seçilərkən bu münasibətlə Filippin prezidenti Rodriqo Duterte telefonla zəng edib onu təbrik edərkən, Tramp şifahi şəkildə bildirib ki, noyabrda Filippinə gələcək".
Qeyd edək ki, iki ölkə prezidenti arasında telefon danışığı ötən ilin dekabrında Tramp prezident seçilərkən baş tutub.  



Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 20-04-2017, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma