Xəbər lenti

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman Yəmən müharibəsindən çıxmaq istəyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda iki amerikalı diplomatın mediaya sızan məktublarında deyilir.

Səudiyyə şahzadəsi 2015-ci ildə Yəməndə ərəb koalisiyasının başladığı “Qətiyyətli fırtına" əməliyyatının əsas təşəbbüskarlarından biri idi. ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İnduk və BƏƏ-dəki səfiri Yousef Otaiba arasındakı elektron yazışmalara görə, “praqmatik lider” adlandırılan şahzadə Yəməndən çıxmaq istəyir.

Qeyd edək ki, Yəməndə şiə husilərə qarşı ərəb koalisiyasının əməliyyatı 2015-ci ildə başlanıb. 27 milyon əhalisi olan Yəməndə iki ildir ki, milyonlarla adam aclıq təhlükəsi ilə yaşayır.




Ana səhifəyə qayıt        Baxış: 568          Tarix: 15-08-2017, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma