Xəbər lenti

Rusiyanın hüquq-mühafizə orqanları "Subo" adı ilə tanınan azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədovun qohumların evlərində axtarış aparıblar.

Oxu.Az bu barədə "İzvestiya" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, bloqerə məxsus "Lamborghini" avtomobili saxta şəxsin adına yenidən rəsmiləşdirib və qeydiyyatdan çıxarılıb. Nəqliyyat vasitəsini daha sonra satmağa da cəhd göstəriblər.

"Subo"nun qardaşının BMW maşınına da həbs qoyulub. Onun mülkiyyətçiləri Məmmədovun dostlarıdır. Bundan başqa, bloqerin "Soul Burger" kafesində axtarışlar aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 751          Tarix: Dünən, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma