Xəbər lenti

İranın Məşhəd şəhərində, hava limanı yaxınlığında yerləşən obyektdə güclü partlayış baş verib.

"Azad İran" "Telegram" kanalı bu barədə yerli KİV-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Məşhəddəki hadisənin Qum şəhərində Pərdisan yaşayış kompleksində baş vermiş partlayışdan bir neçə saat sonraya təsadüf etməsi diqqət çəkib.

Rəsmi mənbələr ilkin olaraq partlayışın səbəbi kimi qaz borusunda baş verən nasazlığı göstərsələr də, hadisənin dəqiq mənşəyi hələlik tam aydınlaşdırılmayıb.

Yerli sakinlər və şahidlər partlayışın güclü səs və alovla müşayiət olunduğunu bildiriblər.




Ana səhifəyə qayıt        Baxış: 2 709          Tarix: Bu gün, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma