Xəbər lenti

İsrail Xarici İşlər Nazirliyi diplomatların əksəriyyətini və onların ailələrini Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) diplomatik nümayəndəliklərdən təxliyə etmək qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

İsrail XİN bu qərarı ölkənin Milli Təhlükəsizlik Şurasının iyulun 31-də BƏƏ-də İsrail və onun vətəndaşlarının hədəfə alınması ehtimalı ilə bağlı xəbərdarlıqdan sonra verib.

Tədbir həm İsrailin Əbu-Dabidəki səfirliyinə, həm də ölkənin Dubaydakı Baş Konsulluğuna aiddir.




Ana səhifəyə qayıt        Baxış: 2 719          Tarix: Dünən, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma