Xəbər lenti

ABŞ Dövlət Departamenti Ukraynaya 203.5 milyon dollara qədər xidmət və avadanlıq satışı üzrə iki sövdələşməni təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Pentaqon sənədlərinə istinadən məlumat verir.

Birinci sövdələşmə Kiyevə 104 milyon dollar dəyərində M777 haubitsası üçün avadanlıq və təmir işlərinin tədarükünü nəzərdə tutur. Buraya, həmçinin texniki yardım, personal təlimi, proqram və logistik dəstək daxildir. Əsas podratçı Böyük Britaniyadan olan "BAE Systems" şirkəti olacaq.

İkinci sövdələşməyə ABŞ-nin Ukraynaya hərbi yardım proqramlarını dəstəkləmək üçün nəqliyyat və konsolidasiya xidmətləri, o cümlədən logistika, müdafiə fəaliyyətinin təmin edilməsi və yüklərin paylanması daxildir, bunun məbləği 99.5 milyon dollar təşkil edir.

Pentaqon vurğulayıb ki, Ukraynaya ABŞ hökumətinin və ya podratçıların əlavə nümayəndələri göndərilməyəcəklər, regionda hərbi balans prinsipial olaraq dəyişməyəcək.

Daha əvvəl məlum olmuşdu ki, Danimarka, Norveç və İsveç ABŞ və NATO-nun yeni təşəbbüsü çərçivəsində Ukraynaya hərbi yardımın ilk paketlərindən birini ödəyəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 2 605          Tarix: Bu gün, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma