Xəbər lenti

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni göstərib.

Axar.az xəbər verir ki, Makron bu barədə TF1 telekanalına müsahibəsində bildirib

Fransa lideri jurnalistin sualını cavablandırarkən Parisdə “2019-cu ildə olduğu kimi” görüşün keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır.

"Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib" , - o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: Bu gün, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma