Xəbər lenti

Peyk görüntüləri Rusiyanın Kalininqrad vilayətində - NATO sərhədindən cəmi 25 km aralıda irimiqyaslı tikinti aparıldığını üzə çıxarıb.

Oxu.Az bu barədə "Bild" nəşrinə istinadla xəbər verir.

"Toçnyi" araşdırma platformasının məlumatına görə, bu, Çernyaxovsk şəhəri yaxınlığında yerləşən halqa antena kompleksidir.

Tikintiyə 2023-cü ilin martında başlanılıb. Mütəxəssislər güman edirlər ki, bu, halqa antenna sistemi hərbi radiotexniki kəşfiyyat və rabitə üçündür.

Kompleksin diametri 1 600 metrə çata bilər, bu da bu tipli standart qurğuların ölçüsünü xeyli üstələyir.

Tamamlandıqdan sonra kompleksin potensial imkanlarına Şərqi Avropa və Baltikyanı ölkələrdə NATO-nun radio rabitəsinə müdaxilə, Baltik dənizində və Şimali Atlantikada Rusiyanın sualtı qayıqları ilə daha etibarlı əlaqənin təmin edilməsi daxildir.




Ana səhifəyə qayıt        Baxış: 34          Tarix: Bu gün, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma