Xəbər lenti

Fransa prezidenti Emmanuel Makron ABŞ və Rusiyanın Ukrayna üzrə saziş bağlamasına mane olmağa çalışır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "AgoraVox" portalı məlumat verib.

Məqalədə bildirilib ki, Makronun Avropa qoşunları yaratmaq kimi bir ideyası var.

"Bu ideya hər gün getdikcə daha da aqressivləşir, o həddə çatır ki, Rusiya və ABŞ arasında sülhə dair diplomatik dialoqa təhlükə yaradır. Makron sazişi pozmaq üçün özünün prosesdə iştirakına nail olmağa çalışır", - deyə nəşrin müəllifləri qeyd ediblər.

Avqustun 19-da Fransa prezidenti LCI telekanalına müsahibə verib və Rusiya lideri Vladimir Putini "özünün sağ qalması üçün yeməyə davam etmək" məcburiyyətində olan "yırtıcı" adlandırıb. Makron Avropa ölkələrini uzun müddət sabitliyi pozan güc olaraq qalacağını iddia etdiyi Rusiya qarşısında "sadəlövh olmamağa" çağırıb. Onun sözlərinə görə, Putin verdiyi vədlərə əməl etmir və sərhədləri yenidən nəzərdən keçirməyə çalışır.

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov vəziyyəti şərh edib. O, ehtimalını dilə gətirib ki, Makron Moskva ilə bağlı açıqlamalarına görə gecələr özünü narahat hiss edir.




Ana səhifəyə qayıt        Baxış: 1 207          Tarix: Bu gün, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma