Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın Donetsk vilayətindən qoşunlarını çıxarması müqabilində müharibəni dayandırmaq tələbinə qarşı çıxıb.

Musavat.com xəbər verir ki, Zelenski Danimarkada keçirilən brifinqdə bildirib ki, Putinin müharibəni davam etdirməyəcəyinə kim zəmanət verəcək? Heç kim.

"Biz ərazilərimizi verə bilmərik. Bu, müdafiəmizin çox güclü xəttidir. Putin artıq orada çoxlu hərbçi itirib. Əgər o, irəliləmək istəsə, milyonlarla əsgər qoymalı olacaq və illər lazım olacaq. Ona belə hədiyyələr verməyəcəyik”. , - deyə Ukrayna lideri qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 634          Tarix: Dünən, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma