Xəbər lenti

İsrail qüvvələri Suriyanın cənubundakı Əl-Kuneytra əyalətinə daxil olaraq Əs-Səmdaniyyə kəndində təmizləmə əməliyyatı keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Syria TV məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail ordusunun mexanikləşdirilmiş patrulu kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə mülki avtomobildə axtarış aparıb.

Bildirilir ki, dörd zirehli maşından ibarət karvan Suriyanın cənubundakı Dəra əyalətinə daxil olub və orada reyd keçirib.




Ana səhifəyə qayıt        Baxış: 2 004          Tarix: Bu gün, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma