Xəbər lenti

ABŞ-da Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq üçün yeni ikipartiyalı qanun layihəsi hazırlanır.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ senatoru Lindsi Qrem X (Twitter) sosial media platformasında açıqlayıb. Onun sözlərinə görə, qanun layihəsi ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənib.

Qrem bildirir ki, qanun layihəsi prezidentin ikinci dərəcəli sanksiyalarla bağlı səlahiyyətlərini genişləndirir. Bu, Vaşinqtona ucuz Rusiya enerjisini almağa davam edən və Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasını effektiv şəkildə maliyyələşdirən ölkələri cəzalandırmağa imkan verəcək: "Qanun layihəsi ABŞ prezidentinə ucuz Rusiya nefti və qazını almağa davam edən və bununla da Putinin müharibə maşınını dəstəkləyən ölkələrə qarşı öz istəyi ilə ikinci dərəcəli sanksiyalar və tariflər tətbiq etməyə imkan verir".

O, həmçinin vurğulayıb ki, yeni mexanizmlər Trampa Kremlə təzyiq göstərmək və Rusiya  prezidenti Vladimir Putini sülh danışıqlarına təşviq etmək üçün daha çox vasitə təqdim edəcək. Sanksiyalar təkcə Rusiyaya deyil, həm də müttəfiqlərinə, xüsusən də İrana təsir göstərə bilər.

Senator əlavə edib ki, Rusiyanın ən böyük iki neft şirkətinə qarşı mövcud məhdudiyyətlər "artıq əhəmiyyətli təsir göstərib" və yeni paket Moskvanın iqtisadi təcridini daha da artıra bilər.

Qeyd edək ki, Tramp noyabrın 16-da Qremin haqqında bəhs etdiyi qanun layhihəsini dəstəklədiyini açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 026          Tarix: Dünən, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma