Avropanın bəzi liderləri noyabrın sonunda Vaşinqtona səfər edərək, ABŞ Prezidenti Donald Trampla onun Ukrayna münaqişənin nizamlanması ilə bağlı yeni planını müzakirə etmək imkanını nəzərdən keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
"Makron və Meloni kimi Avropa liderlərinin Trampla danışıqlar aparmaq üçün qarşıdan gələn həftənin əvvəlində Vaşinqtona səfər edib-etməyəcəkləri ətrafında müzakirələr aparılır. Məqsəd avqustda Alyaskada ABŞ-Rusiya sammitindən sonra olduğu kimi, Trampı Avropa və Ukrayna perspektivlərinə inandırmaqdır", - telekanalın məlumatında deyilir.
Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə büdcə ilə bağlı tənqid olunması səbəbindən Vaşinqtona getmək niyyətində deyil.
Paylaş:




























