ABŞ Prezidenti Donald Trampın gənc qaçqınlara yardım kampaniyasını ehtiva edən “DACA” (Deferred Action for Childhood Arrivals) proqramını ləğv etmə qərarı ölkədə genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olub.
Publika.az xəbər verir ki, hazırki prezidentin bu qərarına xələfi Barak Obama da reaksiya verib.
B.Obama bu qərarın gənclər üçün olduqca yanlış olduğunu deyib:
“Bu, gənclərə edilmiş ən böyük pislikdir. Onlar bizim gələcəyimizə pay verəcəklər, uşaqlarımızla birlikdə bu ölkəyə xidmət edəcəklər”.
Sabiq prezident konqresin üzvlərinə səslənərək gəncləri qorumaq üçün əllərindən gələni etmələrini tələb edib.
Prqoramın ləğvi Amerika xalqını olduqca hiddətləndirib. Nyu-York şəhəri başda olmaqla, ölkənin əksər bölgələrində xalq küçələrə axışıb. Ağ Ev önündə toplaşan etirazçı kütlə “Tramp istefa”, “İrqçi Tramp” sloqanları səsləndiriblər.
Polis prezidentə qarşı keçirilən etiraz aksiyalarında 34 nəfəri həbs edib.
Qeyd edək ki, D.Tramp B.Obamanın prezidentliyi dövründə qüvvəyə minən, gənc qaçqınlara iş və təhsil sahəsində yardım etməyi təmin edən “DACA” proqramını ləğv edib. 6 ay müddətində konqres bu qanunun yerinə hər hansı bir layihə təqdim etməsə, 800 000 qaçqın ABŞ-dan deportasiya ediləcək.
Paylaş: