ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Şimali Koreya ilə bağlı açıqlama verib.
Ovqat.com Teleqraf.com istinadən xəbər verir ki, səfir Nikki Haley bildirib ki, Şimali Koreyanın sistemli olaraq nüvə sınaqları keçirməsi bütün ölkələr üçün təhdiddir.
O, bildirib ki, nüvə sınaqlarını tam olaraq dayandırdığı təqdirdə Vaşinqton Pxenyanla müzakirələr aparmağa hazırdır: “Rusiyanın da Şimali Koreyanın nüvə sınaqlarından narahatlıq duymasına ehtiyac var. Rusiya ya Şimali Koreyanı, ya da bizi dəstəkləməlidir. Şimali Koreyaya dəstək verən ölkələrə sanksiyalar tətbiq edəcəyik”.
Şimali Koreyaya iqtisadi, diplomatik və siyasi təzyiqlərin edilməsinin vacib olduğunu vurğulayan diplomat Pxenyana birgə mesaj göndərməyin də əhəmiyyətli olduğuna diqqət çəkib: “Beynəlxalq cəmiyyət əslində Şimali Koreyaya yardım etmək istəyir, ancaq nüvə raket sınaqları davam edirsə, bu ölkə tənha qalmaqda davam edəcək”.
Nikki Haley Rusiya prezidenti Vladimr Putinin “Şimali Koreyanı qorxutmaq yerinə dialoq imkanlarını axtararaq böhranın sülh yollu ilə həllinə nail olmaq lazımdır” fikrini də şərh edib: “Şimali Koreyanı qorxutmağa son qoyaq” deyimi maraqlıdır. Bəs Şimali Koreyanın bizi qorxutmaq cəhdlərinə nə demək lazımdır? Nüvə raket sınaqlarını Pxenyan həyata keçirir, güc nümayişi göstərir. Rusiya yanılır, Moskvanın bu sınaqlardan narahat olması lazımdır. Rusiyanın Şimali Koreya və ya beynəlxalq ictimaiyyəti dəstəkləməsi üçün seçim etməsi lazımdır”.
ABŞ-ın BMT-dəki diplomatı sonda bildirib ki, Şimali Koreyaya yeni sanksiyalar tətbiq etmək mövzusunda Çinlə birgə iş aparılır.
Paylaş: