Xəbər lenti

 Ovqat.com Sputnik-ə istinadən xəbər verir k,Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnı 30 sutka həbs cəzası alıb.
Moskvanın Simonov rayon məhkəməsi razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə Navalnıya 30 sutkalıq inzibati həbs verib. Ötən gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib. Aksiyanın təşkilatçısı Navalnı son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tver küçəsinə dəyişdirildiyini açıqlayıb. Tver küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb. Navalnı aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.





Ana səhifəyə qayıt        Baxış: 1 101          Tarix: 13-06-2017, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma