Təxminən 950 km genişliyindəki Cücə Planeti olaraq adlandırılan Ceresin səthində yerləşən 5 kilometr uzunluğundakı piramida şəklindəki dağ ilə əlaqədar yeni məlumatlar əldə edilib.
Ovqat.com xəbər verir ki, NASA-nın "Davn" adlı kosmos vasitəsindən əldə edilən kadrlardan araşdırmalarına davam edən alimlər dağın necə meydana gəldiyinə dair bir nəzəriyyə yaradıb.
Yanardağ olduğu ehtimalı
Ceresin səthində olan 5 kilometr uzunluğundakı piramida şəklindəki cismin Cücə Planetdə bir vaxtlar mövcud olan duzlu suyu səthə daşıyan Krayovolkano adı verilən bir növ yanardağ olduğu ehtimal olunur.
2015-ci ilin mart ayında Ceresin orbitinə girən Amerkan Milli Havaçılıq və Kosmos Dairəsinin (NASA) "Davn" adlı kosmos vasitəsi burada müxtəlif araşdırmalar edir.
8 illik səfərinin sonuna gələrək asteroid qurşağındakı Cücə Planet Ceresin orbitinə çatan "Davn"ın aparacağı yeni müşahidələr Günəş Sisteminin erkən dövrlərinə və planet meydana gəlməsi haqqında yeni məlumatlar təqdim edəcək. (publika.az)
Paylaş: