Xəbər lenti
Dünən, 10:55

Sentyabrın 1-də böyük bir asteroid dünyanın yaxınlığından keçəcək.  

"Report" Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini bildiriblər.

 “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.

Bununla əlaqədar NASA vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.

Qeyd edək ki, “Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib.




Ana səhifəyə qayıt        Baxış: 344          Tarix: 21-08-2017, 12:17      


Paylaş:   

Ən çox oxunanlar