Xəbər lenti

Qarabağda düşmən ordusu böyük itki verdi: 8 ölü, 4 yaralı - FOTOFAKTİşğal altındakı Azərbaycan ərazilərində erməni hərbi birləşmələrinin N saylı hərbi hissəsinə gedən yolda hərbi yük maşını qəzaya uğrayıb.

Publika.az
 xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Armenian army” qrupu məlumat yayıb.

Qrupun məlumatına görə, sentyabrın 13-də hərbiçiləri aparan maşın uçuruma yuvarlanıb. Nəticədə 8 erməni hərbiçisi ölüb, 4-ü yaralanıb. Yaralılar Xankəndi hospitalına yerləşdirilib.

Ölənlər Artem Ovsepyan, Karen Aloyan , Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan, yaralılar isə Tiqran Aloyan, Karen Adjabyan, Artur Davoyan, Qrayr Kamovyandır.

Qrupda bu məlumatı paylaşan şəxs həmin hərbi hissəsinin əməkdaşıdır.




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 15-09-2017, 15:44      


Paylaş: