Xəbər lenti

Nazirlikdən direktora SƏRT CƏZA, müavin isə işdən çıxarıldı

İrəvan Dövlət Azərbaycam Dram Teatrının direktoru İftixar Piriyev cəzalandırılıb.

Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov məlumat verib:

“Teatrın direktoruna töhmət verilib. Buna səbəb isə İftixar Piriyevin əməkdaşların davamiyyətinin tənzimlənməsinə nəzarət edə bilməməsidir. Teatrın direktor müavini Həsən Həsənov isə öz ərizəsi ilə işdən azad olunub. Baxmayaraq ki, iki ay öncə onun müqaviləsi uzadılmışdı. Ancaq o, öz ərizəsi ilə işdən azad edildi. Onu da qeyd edim ki, yoxlama müddətində heç bir əməkdaş işdən azad olunmayıb”.

Qeyd edək ki, son günlər İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir neçə dəfə gərginlik yaşanmışdı.




Ana səhifəyə qayıt        Baxış: 1 067          Tarix: 29-09-2017, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma