Xəbər lenti

Departament rəhbəri və müavini işdən çıxarıldı

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.

Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.

Rəhbərlik müvəqqəti olaraq Cavanşir Nuriyevə həvalə edilib. O, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.

N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib.

Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib. 




Ana səhifəyə qayıt        Baxış: 1 109          Tarix: 21-09-2017, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma