Xəbər lenti

   Beynəlxalq Muğam Mərkəzində oktyabrın 31-də xalq artisti, professor Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək.

"Report" xəbər verir ki, gecə sənətkarın 70 illik yubileyinə həsr olunub. Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Konsertdə tanınmış sənət xadimləri və ifaçıları iştirak edirlər – xalq artistləriMənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər ilkin Əhmədov, Təyyar Bayramov, Səbuhi İbayev, Naxçıvanın əməkdar artisti Ehtiram Hüseynov, gənc və istedadlı xanəndələr Arzu Əliyeva, Aytən Məhərrəmova, Abgül Mirzəliyeva, Rəvanə Qurbanova və Səbinə Ərəbli maraqlı və geniş proqramı ilə dinləyicilər qarşısında çıxış edəcəklər. 

Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən R.Quliyev və digər ifaçılarla bərabər konsertdə Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğ alətləri ansamblı iştirak edəcək




Ana səhifəyə qayıt        Baxış: 938          Tarix: 23-10-2017, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma