Əgər iki bacı ilə evlənmək haramdırsa, niyə Həzrət Yəqub Peyğəmbər (ə) bunu etmişdi?
Əvvəla, bəzi mənbələrdə qeyd edilib ki, Həzrət Yəqub (ə) iki bacı ilə eyni zamanda evlənməmiş, bacılardan biri vəfat etdikdən sonra o birini almışdı. O həzrətin oğulları arasında çox böyük yaş fərqinin olmasını buna sübut gətirirlər.
Ovqat.com islam.az-a istinadən bildirir ki, digər nəzəriyyəyə görə iki bacı ilə eyni zamanda evlənmək Həzrət Yəqubun (ə) zamanında - yəni Həzrət İbrahimin (ə) şəriətində haram deyildi. Bu, sonralar Quran ayəsinin hökmü ilə müsəlmanlara haram edildi. Necə ki, bəzi şəriət hökmləri peyğəmbərlərin zamanında fərqli olub. Məsələn, Bəni-İsrailə şənbə günü ov etmək və hər hansı ciddi işlə məşğul olmaq haram idi. Amma İslam ümmətində belə hökm yoxdur.
Paylaş: