Xəbər lenti

“Böyük Vətən müharibəsində Azərbaycandan 681 min insan iştirak edib, onların yarısı geri qayıtmayıb”.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bryanks şəhərində Qaliblər Beynəlxalq forumunda çıxışı zamanı deyib.

Səfir bildirib ki, Böyük Vətən müharibəsi illərində onun atası 1,5 ilini Bryansk cəbhəsində konsertlər verməklə keçirib.

“Atam opera müğənnisi idi və peşəsi üzündən silahla deyil, səs və mahnılarıyla mübarizə aparırdı. Atamla birlikdə ifa etmiş bütün sənətkarların adının qeyd olunduğu və Bryansk cəbhəsinin siyasi şöbəsinin rəhbəri tərəfindən imzalanmış təşəkkür məktubu da daxil olmaqla bir neçə unikal sənəd gətirmişəm”, – deyə Polad Bülbüloğlu bildirib.

O, beynəlxalq forum iştirakçılarına müraciət edərək deyib ki, bu hamının Qələbəsi idi.

“Azərbaycanın 681 min sakini Böyük Vətən müharibəsində iştirak edib, onlardan yarısı geri qayıtmayıb. Belə forumların dəyəri ondadır ki, indi artıq müxtəlif ölkələrdə yaşayan gənc nəsil müasir dövlətlərinin – Soset İttifaqının keçmiş respublikalarının hansı əziyyət bahasına öz azadlıqlarını qoruyub saxladığını bilsinlər”, – deyə səfir əlavə edib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 26-04-2018, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma