Xəbər lenti

 Böyük Vətən müharibəsi veteranı, Astara rayonunun Şüvi kənd sakini Ağabəy Dadaşov bu gün Qələbənin 72 illik yubileyi ilə birlikdə 100 yaşını da qeyd edir.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, Ağabəy Dadaşov Rusiya Çar İmperiyası dövründə, 1917-ci anadan olub. Böyük Vətən müharibəsi başlayanda onun 24 yaşı olub. 1941-ci ildə müharibəyə yollanan A.Dadaşov, beş il döyüşlərdə iştirak edərək bir neçə dəfə güllə yarası da alıb. Ağabəy Dadaşov danışmaqda çətinlik çəksə də, yaxınları onun fərqləndiyinə görə müxtəlif vaxtlarda orden və medallarla təltif edildiyini bildiriblər.

 Qeyd edək ki, İkinci Dünya müharibəsində döyüşlərdə 5 612 astaralı iştirak edib. Onlardan 1064-ü müharibədə həlak olub, 827 nəfəri isə itkin düşüb. Hazırda rayonda on Böyük Vətən müharibəsi iştirakçısı və fədakar əməyinə görə orden və medallarla təltif olunmuş 82 arxa cəbhə iştirakçısı yaşayır. 




Ana səhifəyə qayıt        Baxış: 1 028          Tarix: 10-05-2017, 00:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma