“Şəxsən mənim üçün Şahmar Ələkbərovun itkisi öz itkim qədər ağrılı olub və elə bu gün də davam edir”
Ovqat.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov aktyor Şahmar Ələkbərov haqda danışarkən deyib. Xalq artisti Ş.Ələkbərovun yoxluğunun mədəniyyətimiz üçün böyük itki olduğunu bildirib:
“Biz Şahmar Ələkbərovla bağlı iki gün öncə bir veriliş də çəkdik. Mən elə hesab edirəm ki, Azərbaycanın təkcə kino mədəniyyətində deyil, ümumiyyətlə mədəni həyatında və ziyalılığında Ş.Ələkbərov, C.Mirzəyev, H.Turabov, S.Rzayev kimi adamların olmaması böyük itkidir. Bilirsiniz ki, yaxşı aktyor olmaq olur, amma yaxşı insan olmaq çətin məsələdir.
Elə adın çəkdiyim insanlarda bunların hamısı vəhdət şəkilində idi. Şəxsən mənim üçün Ş.Ələkbərovun itkisi öz itkim qədər ağrılı olub və elə bu gün də davam edir. Çünki biz uşaqlıqdan bir yerdə böyümüşük, ailələrimiz, özümüz dost olmuşuq, talelərimiz bir olub. Çox təəssüflər olsun ki, əcəl belə şeylərə baxmır. Ş.Ələkbərov təəssüflər olsun ki, xərçəng xəstəliyinə tutuldu. Bunlar bizim tapdığımız yeganə incilər idi. Çox təəssüflər olsun ki, murdarlar və millətə kim pislik edirsə, onlar uzun-uzadı yaşayırlar. Kim ki, milləti yüksək səviyyədə təbliğ edib, nümunəvi şəxsiyyət olursa, onlar tez dünyadan köçür”.
Paylaş: