Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Vüsal Ələkbərov: “İkinci dəfə dünyaya gəlsəydim, necə yaşamışamsa yenə elə yaşayardım”
Ləğv edilən MTN-nin polkovniki, rütbəsi əlindən alınan Vüsal Ələkbərov ona verilən son söz zamanı heç nəyə peşman olmadığını bildirib.
Bu barədə Moderator.az -ı bilgiləndirən mənbənin sözlərinə görə, V.Ələkbərov Hacı Məmmədov və bir çox insanın da adını çəkib:
“V.Ələkbərov məhkəmədəki son söz zamanı heç nəyə görə peşman olmadığını bildirib. O, qeyd etdi ki, əgər ikinci dəfə dünyaya gəlsəydi yenə də eyni cür yaşayardı.
Bundan başqa, son söz zamanı V.Ələkbərov Hacı Məmmədovdan tutmuş bir çox şəxsin ismini çəkdi. O, bildirdi ki, H.Məmmədovla bağlı istintaq qrupununn üzvü olub. 20 il ərzində MTN-də xeyli sayda müstəntiq yetişdirib. Habelə, qeyd etdi ki, onun yetişdirdiyi müstəntiqlərin üçü Ağır Cinayətlər Məhkəməsində hakimdir”.
Bilgili qaynağın sözlərinə görə, V.Ələkbərovun sözlərindən belə bir təəssürt yaranıb ki, sanki o, bu müddət ərzində MTN-də böyük bir məktəb yaradıb.
Məhkəmə zamanı diqqət çəkən ən maraqlı məqamlardan biri də V.Ələkbərovun öz keçmiş rəisi Mövlan Şıxəliyevə sona qədər sadiqlik sərgiləməsi olub. Belə ki, V.Ələkbərov baş verənlərə görə M.Şıxəliyevin ünvanına son söz zamanı da heç bir ittiham səsləndirməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar