Xəbər lenti
 
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 15 aprel – Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan Ovqat.com-a bildirilib ki, tədbirdə Era liseyinin və H.Sarabski adına 7 nömrəli musiqi məktəbinin şagirdləri, kitabxana əməkdaşları, oxucular və valideynlər iştirak edib.
Kitabxananın direktoru Şəhla Qəmbərova bildirib ki, 15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci il aprelin 15-də “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması imzalanıb. 1998-ci ildə “Mədəniyyətin müdafiəsi beynəlxalq liqası” adlı ictimai təşkilat bu tarixin “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Həmin tarixdən 15 aprel bir sıra ölkələrlə bərabər bizim ölkəmizdə də qeyd olunur.
Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.
Sonda iştirakçılar kitabxananın foyesində Beynəlxalq Musiqi Gününə həsr olunmuş “Musiqi- səmimiyyət məbədi” adlı geniş kitab sərgisi ilə tanış olublar.  



Ana səhifəyə qayıt        Baxış: 1 393          Tarix: 14-04-2017, 18:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma