Xəbər lenti

 

Aprelin 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Dövlət mükafatı laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş musiqili gecə təşkil olunacaq. 

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, “Mədəniyyət” kanalı və Filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə baş tutacaq.

Konsertdə Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbər və dirijorluğu ilə bəstəkarın əsərləri səslənəcək.






Ana səhifəyə qayıt        Baxış: 1 250          Tarix: 29-03-2017, 00:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma