İmtahanlar bitdi, uniersitetlərə ixtisas seçimi başladı.
Ovqat.com bildirir ki, artıq bir müddətdir ki, abituryentlər topladıqları bala uyğun ixtisas seçimi aparırlar. Bu ərəfədə özəl universıtetlər tələbə qəbulu ilə bağlı bəzi güzəştlərə başlayıblar. Universtetlərin təklifləri arasında yeni qəbul olmuş tələbəni bir dəfəlik təhsil haqqından azad etmək vəya topladıqları bala uyğun bir çox güzəştlər nəzərdə tutulub.
Tələbələrə güzəşt edən universitetlərdən biri Qərb Universitetidir. Burada təhsil haqları aşağı salınaraq minimum 1100 manat olub. Bu məbləğ mərhələlərlə də ödənə bilər. Universitetin tələbələr üçün bir çox güzəştləri də var.
Odlar Yurdu Universiteti də tələbələrə güzəşt tətbiq edəcək. Beləki, universitətə qəbul oluanacaq tələbələr üçün topladıqları bala uyğun təhsil haqlarında endirimlər olacaq. Ən əsası universitetdə bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN olub.
Bakı Avrasiya Universiteti təhsil haqlarını endirilməklə yanaşı, digər güzəştlər də tətbiq edəcək. Universitet təhsil haqlarını minimuma endirib. İxtisasdan asılı olaraq təhsil haqqı 1600-1700 manat təşkil edir.
Azərbaycan Kooperasiya Universitetinə qəbul olan tələbələrin dərs ili ərzində bütün fənnlər üzrə qiymət göstəriciləri əla olarsa, illik təhsil haqqından tam azad ediləcək və aylıq müyyən məbləğdə təqaüd veriləcək.
Universitetlərin bir çoxu ailə başçısını itirmiş və ona bərabər tutulan ailələrin, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin övladlarını təhsil haqlarından azad edir. /xezerxeber.az
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: