Xəbər lenti

 

Uqanda hökuməti bəyan edib ki, quraqlıq ölkədə insanların qurban gətirilməsi hallarını artırıb.

Bu barədə FOX News telekanalı məlumat yayıb.

Sentyabr ayında ritual qətllərdə şübhəli bilinən 44 nəfər həbs olunub. Onlardan biri səkkiz qadını öldürdüyünü etiraf edib. 

“Bu ritual qətllərdir. Digər şübhəli şəxslərin saxlanılması və bu ənənəyə son qoyulması üçün əlimizdən gələni edirik”, - polis generalı Keyl Kayihura deyib.

Qeyd edək ki, Uqandada insan qurban gətirilərkən onun bədəni hissələrə bölünür və damarlarından qan boşaldılır.

Şərqi Afrika son 50 il ərzində ən güclü quraqlıq dövrünü yaşayır. 1,6 milyon Uqanda sakini aclıqla üzləşib. Bu səbəbdən yerli kahinlər insanları tanrılara qurban gətirməyə çağırırlar.\Oxu.Az\




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 27-09-2017, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma