Xəbər lenti

Kiyevdə siyasi-diplomatik dairələrdə ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planı müzakirə edilir.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, proses Rusiya və Ukrayna prezidentlərinin telefon söhbətini başlatmalıdır, bundan sonra isə dövlət başçıları arasında fevralın sonu - martın əvvəlində aralarında görüş baş tuta bilər.

ABŞ ardınca sazişin bağlanması məqsədilə beynəlxalq konfrans təşkil etmək istəyir. Atəşkəs aprelin 20-də başlaya bilər, danışıqların iştirakçıları mayın 9-dək münaqişənin nizamlanmasının parametrlərini razılaşdırmalıdırlar.

Plana əsasən, Kiyev Rusiyanın sərhədlərini tanımalı və qoşunlarını Kursk bölgəsindən çıxarmalıdır. Bundan savayı, Ukrayna NATO-ya qoşulmaqdan imtina etməli və nüvə imtinanı elan etməlidir.

ABŞ 2030-cu ilədək Ukraynaya hərbi dəstək göstərməyi, ölkənin Avropa İttifaqına daxil olmasına kömək etməyi planlaşdırır.




Ana səhifəyə qayıt        Baxış: 3 101          Tarix: Bu gün, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma