Xəbər lenti

“ABŞ müəyyən şərtlər daxilində Amerika gəmilərinin Panama kanalından pulsuz keçid əldə edəcəyinə ümid edir”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, Vaşinqtonun gözləntiləri eyni olaraq qalır: “Mümkün münaqişə zamanı müdafiə etməyə borclu olduğumuz ərazidən tranzit üçün pul ödəməli olmağımızı absurd hesab edirəm. Bunlar bizim gözləntilərimizdir”.

Qeyd edək ki, Panama kanalının administrasiyası Amerika gəmilərinin pulsuz keçidinə razılıq verməsi barədə ABŞ hakimiyyətinin yaydığı bəyanatı təkzib edib.

Donald Tramp prezident vəzifəsinə başladıqdan sonra ilk çıxışında deyib ki, Panama hakimiyyəti kanalı düzgün idarə edə bilmir və ABŞ ona nəzarəti bərpa edəcək. O, əvvəllər də Panama kanalını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətindən danışıb və güc tətbiqini istisna etməyib.




Ana səhifəyə qayıt        Baxış: 27          Tarix: Bu gün, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma