Xəbər lenti
 
Salyan rayonu ərazisində bir vaxtlar çox yayılan boyaqotu bitkisinin nəsli tükənmək üzrədir. Rayon ərazisində bu bitkiyə indi nadir hallarda rast gəlinir.
AzərTacxəbər verir ki, rayonun Babazənan yaşayış massivinin sakini Rüstəm Məlikov bu bitkinin faydalarını bildiyindən bağında yabanı halda bitən boyaqotunu becərərək artırır. Bağ sahibinin dediyinə görə, müxtəlif alətlər vasitəsilə bitkinin kökü torpaqdan çıxarılaraq günün altında və ya iri sobalarda qurudulur. Qurudulan köklər qablara doldurularaq istifadə üçün saxlanılır. Boyaqotu bitkisinin kökündən ən çox Novruz bayramında yumurtanın boyanmasında istifadə olunur.
Mütəxəssislərin bildirdiyinə görə, boyaqotundan revmatik ağrılarda, sarılıqda, iflicdə, qadın xəstəliklərində və ümumi zəiflikdə istifadə olunur. Bu bitki, həmçinin qaraciyər və öd kisəsi üçün də faydalıdır.
Rüstəm Məlikov deyir ki, hədsiz faydası olan boyaqotu bitkisini becərib artıraraq ondan alınan boyaq maddələrini ixrac etməklə kifayət qədər gəlir əldə etmək olar.



Ana səhifəyə qayıt        Baxış: 1 971          Tarix: 2-04-2017, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma