Xəbər lenti

 NASA alimləri Yerin təbii peyki olan Ayın təxminən 3-4 milyard il bundan əvvəl atmosfer təbəqəsinə sahib olduğunu sübut ediblər.

Axar.az xəbər verir ki, NASA alimlərinin ən son tədqiqatları barədə “Earth and Planetary Science Letters” yazı dərc edib.

Məlumata görə, Ayın səthindəki bazalt təbəqəsi alimlərə püskürmə zamanı sərbəst buraxılan vulkanik qazın miqdarını təyin etmək imkanı verib. Alimlərin fikrincə, Ayda daha böyük qaz emissiyalarının meydana gəlməsi Sakitlik dənizi və Yağışlar dənizinin yaranmasına gətirib çıxarıb. Eyni zamanda peykin səthində olan bazalt təbəqəsinin çox hissəsi kosmosa dağıldığı üçün hazırda Ay səthində bazaltın miqdarının çox aşağı olduğu bildirilib. Araşdırmalar nəticəsində mütəxəssislər Ayın soyuq dayaqlarındakı maddələrin təyin edilən miqdarının daha əvvəl mövcud olmuş atmosferdən xəbər verdiyi qənaətinə gəliblər.

Əldə edilmiş məlumatlar Ay səthində bundan sonra aparılacaq tədqiqatlar zamanı geniş istifadə olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 869          Tarix: 7-10-2017, 08:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma