Xəbər lenti
Bu gün, 19:23
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
Sərdar Cəlaloğlu: “Onlar yalnız bu halda özlərini narahat hiss edərlər”
“Müharibənin yalnız Azərbaycan ərazisi ilə məhdudlaşması düşmənə sərf edir”
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Moderator.az -a müsahibəsində Qarabağ konfiliktinin hərbi yolla həlli ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri qeyd edib ki, Azərbaycan bu məsələdə uğur qazanmaq üçün hərbi əməliyyatları Ermənistan ərazisinə keçirməli, müharibəni məhz bu torpaqlarda davam etdirməlidir.
Xatırladaq ki, ölkə rəhbərliyində təmsil olunan şəxslər dəfələrlə müharibə başlayacağı təqdirdə bu müharibənin yalnız işğaldakı torpaqlarımızı əhatə edəcəyi ilə bağlı bəyanatlar veriblər və qeyd ediblər ki, Azərbaycanın öz sərhədləri daxilində anti-terror əməliyyatları aparması onun beynəlxalq hüquqla tanınan haqqıdır.
Maraqlıdır, doğrudanmı Qarabağ uğrunda mübarizədə uğur qazanmaq üçün müharibə Ermənistan ərazisinə keçirilməlidir?
Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu müharibənin Ermənistan ərazisinə keçirilməsinin Azərbaycanın maraqlarına cavab verdiyini, bu məsələnin hərbi əməliyyatların gedişinə uyğun şəkildə tənzimlənməli olduğunu vurğuladı:
“Azərbaycan müharibəni yalnız işğal edilmiş ərazilərdə aparacağını bəyan etməklə nəzərə çatdırmaq istəyir ki, biz işğalçılıq müharibəsi aparmayacağıq. Müharibədə də məqsəd ölkə ərazilərini azad etməkdir. Amma təbii ki, Dağlıq Qarabağı azad etmək üçün Ermənistan ərazisinə keçmək tələb olunacaqsa, hərbi işin xarakterinə uyğun olaraq, Azərbaycan hökmən bu addımı atmalıdır.
İkincisi, bu gün Ermənistan ərazisini təşkil edən torpaqların 90%-i Azərbaycanın tarixi torpaqlarıdır. Müxtəlif adlar altında bu torpaqlar çar və sovet Rusiyası dövürndə Azərbaycandan qoparılıb və ermənilərə verilib. Azərbaycan hökuməti gərək elə iri tələblər ortaya qoya ki, ermənilər kiçik tələblərlə razılaşalar. Əgər biz Dağlıq Qarabağdan başqa İrəvanın statusunu, Zəngəzurun, Göyçənin məsələsini qaldırmayacayıqsa, o zaman Dağlıq Qarabağın geri qaytarılması məsələsində əlimizdə ciddi bir vasitə olmayacaq. Azərbaycan gərək özünün bütün tarixi torpaqlarına iddia edə ki, o zaman heç deyilsə yeni dövrdə işğal edilmiş torpaqların qaytarılmasına nail ola.
“Ermənistan ərazisinə müharibə keçməyəcək” iddiasını indidən əminliklə söyləmək olmaz. Kim hardan bilir ki, belə bir zərurət olmayacaq? Kim hardan bilir ki, bu əməliyyatlar hansı səviyyədə olacaq? Doğrudur, indi Ermənistan sərhəddini ruslar qoruyur. Ermənistan demək olar ki, rusların nəzarəti altındadır. Ancaq bütün bunlara baxmayaraq, əgər ərazilərin azad edilməsi hərbi yolla olacaqsa, o zaman Azərbaycan hökuməti mütləq bəyanat verməlidir ki, müharibənin Ermənistan ərazisinə keçmə ehtimalı da var. Yalnız bu halda ermənilər narahat ola bilər. Yoxsa siz onları tam arxayın edirsiniz ki, biz heç vaxt Ermənistan ərazisinə keçməyəcəyik, bu o anlama gəlir ki, Azərbaycan hökuməti müharibənin yalnız öz ərazisində getməsini planlaşdırır. Bu isə ermənilərin xeyrinədir. Çünki müharibə hansı ərazidə getsə, həmin ərazidə ciddi dağıntılar olur. Ermənilər başa düşməlidir ki, müahribənin genişlənməsi onların da ərazisini viran qoya bilər. Əks halda ermənilər Azərbaycan ərazisində istənilən müharibənin getməsində maraqlıdır. Onlar bundan nə itirirlər ki? Hesab edirəm ki, bütün bu amillər nəzərə alınmalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar