Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Qarabağ Azadlıq Təşkilatı (QAT) cəbhədəki son qanlı olayla bağlı qəbul etdiyi bəyanatda xalqı cəbhə bölgəsinə yürüş etməyə, əliyalın düşmənin üzərinə yeriməyə çağırıb:
Qarabağ Azadlıq Təşkilatı (QAT) cəbhə bölgəsində baş vermiş son qanlı olayı, işğalçı Ermənistan qüvvələri tərəfindən dinc sakinlərin, 50 yaşlı Sahibə Quliyevanın, 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsini, 52 yaşlı Sərvinaz Quliyevanın ağır yaralanmasını erməni vəhşiliyinin növbəti sübutu kimi lənətləyir. Bu bir daha ermənilərin, Ermənistan rejiminin vəhşiliyini, qaniçənliyini, qəddarlığını nümayiş etdirdi. Bu uşaq qatilləri ilə hər hansı danışıqlar aparmağın heç bir mənası yoxdur. Bu qəddar işğalçıları yalnız silah gücünə yerində oturda, torpaqlarımızdan qovub çıxarda bilərik. Beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupu həmsədrlərinin biganə münasibəti, qeyri-müəyyən və prinsipsiz açıqlamaları, bayağı “narahatçılıq” ifadələri də göstərir ki, onlara ümid bağlamağın heç bir mənası yoxdur. Biz Azərbaycan hakimiyyətindən dərhal müharibənin başlanmasını tələb edirik. Günahsız insanların, körpələrin qətlə yetirilməsinə artıq dözmək mümkün deyil.
Hakimiyyətdən soruşuruq: bundan sonra nəyi gözləyisiniz, nə üçün müharibəni başlamırsınız? Əgər qorxacaq yeriniz varsa, deyin. Arxanızda xalq dayanıb, qorxmayın, müharibəni başlayın. Xalq müharibə istəyir və yüzminlərlə qurban verməyə hazırdır. Hakimiyyət müharibəni başlamasa, biz cəbhə bölgəsinə yürüş edib, əli yalın düşmən üzərinə yeriyəcəyik. Xalqı da bizə qoşulmağa çağırırıq. Düşmənə nifrət! Düşmənə ölüm! Qarabağa azadlıq! Qarabağsız Azərbaycan olmayacaqdır! Ya Qarabağı azad etməli, ya da hamımız qırılmalıyıq! Başqa yol yoxdur! Ya Qarabağ, ya ölüm!/Moderator.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar