Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Sərdar Cəlaloğlu: “Erməni işğalına qarşı partizan müharibəsinə ehtiyac var”
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az -a açıqlamasında erməni işğalındakı torpaqların azad edilməsi ilə bağlı maraqlı təkliflə çıxış edib.
Erməni işğalına qarşı mübarizədə partizan müharibəsinin kifayət qədər effektiv olacağını iddia edən partiya sədri, ölkəmizdə Xalq Azadlıq Ordusunun yaradılmasının vacibliyinə toxunub.
S.Cəlaloğlunun sözlərinə görə, ermənilərin atəşkəs sazişinin şərtlərini kobud surətdə pozmasına, işğaldakı torpaqların ilhaq siyasətinə cavab olaraq belə bir addımın atılması məqsədəuyğun olar:
“II Dünya Müharibəsi zamanı Sovet İttifaqının bir neçə milyonluq nizami ordusu vardı. Amma hamı bilir ki, II Dünya Müharibəsinin taleyini dəyişən partizan hərəkatı oldu. Əfqanıstana baxın. Bu ölkəyə xarici dövlətlər bunca müdaxilə edir. Lakin Talibanın öhdəsindən gələ bilmirlər. Deməli, müasir dövrdə yalnız nizami ordu ilə torpaqları işğaldan azad etmək mümkün deyil. Açıq şəkildə partizan hərəkatını başlatmaq lazımdır. Bunu hökumət başlatmamalıdır. Hökumət öz atasının, babasının qəbrini azad etmək istəyən insanlara bu məsələdə mane olmamalıdır. Yəni Qarabağ proleminin hərb, yoxsa sülh yolu ilə həlli versiyalarını müzakirə edərkən üçüncü yolun mövcudluğunu unutmamalıyıq. Üçüncü yol Xalq Azadlıq Ordusudur.
Ermənilər işğaldakı torpaqlarda məskunlaşır, bu torpaqların ilhaqı üçün hər cür həyasızlıq edirlər. Bizsə xalq olaraq ermənilərin işğaldakı torpaqlarda məskunlaşmaq cəhdini onlar üçün problemə çevirməliyik. Buna görə də xalqın partizan hərəkatına başlamasına, öz torpaqlarını azad etməsinə mane olmaq olmaz. Hökumətimiz net bir mövqe ortaya qoymalıdır. Əgər ermənilər ilhaq siyasəti həyata keçirirsə, hökumət xalqın könüllülərinin bu torpaqları qorumasına mane olmamalıdır. Rəsmi olaraq ordunun hücum etməsinə ehtiyac yoxdur.
Ermənistan sülh sazişini pozur. Çünki sazişin bir müddəası da odur ki, saziş qüvvədə olduğu dövr ərzində mövqelər dəyişilməməli, istehkamlar yaradılmamalı, ilhaq siyasəti aparmamalıdır. Atəşkəs müqaviləsini ermənilər hər cür pozub. Ona görə də Azərbaycan hökuməti erməniləri hədəf alan xalq hərəkatına mane olmamlıdır. Hökumət mane olmasa, xalqımız nizami ordunun iştirakı olmadan da ermənilərin işğaldakı torpaqlardakı fəaliyyətinin qarşısını ala bilər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar