Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Ermənistan bizə yalvarır ki, müharibəni başlayaq. Ancaq Ermənistan heç vaxt açıq müharibəyə getməz. Nə qədər güclü havadarları, himayədarları olsa belə. Onların hərbi psixologiyaları, hərbi və siyasi rəhbərlərinin psixologiyası bundan ibarətdir. Onlar bilirlər ki, Azərbaycan tərəfi cavablarını artıqlaması ilə verəcək. Ona görə də Ermənistan əhalisinin başını aldatmağa çalışırlar. Sakinləri inandırmaq istəyirlər ki, cəbhə bölgəsində vəziyyət pisdir, Azərbaycan tərəfi atəş açır, biz də məcbur olub atəş açdıq. Normal həbiçi qadına, uşağa güllə atarmı? Onlar normal deyillər. Sözsüz ki, bunun cavabını qəti sürətdə alacaqlar, özlərini peşman vəziyyətə gətirəcəklər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov səsləndirib.
Ötən gün Ermənistan ordusu tərəfindən mülki şəxslərin qətlə yetirilməsindən danışan general qeyd edib ki, qisas hökmən alınmalıdır:
“Azərbaycan nəinki bu hadisənin, digər məsələlərin də qisasını almağa hər an hazırdır. Rəsmi açıqlama olmadığına görə mən indi heç nə deyə bilmirəm, ancaq sizi inandırıram ki, bu hadisənin qısası bəlkə də alınıb və alınacaq.
Ali baş komandanımız ötən il də, ondan əvvəlki il də dedi ki, Azərbaycanı iri dövlətlər müharibə etməyə qoymurlar. Ancaq Azərbaycanın həm hərbi potensialı, həm iradəsi, həm də hərbi texnikası, silah-sürsatı müharibə etməyə imkan verir. Siyasi qüvvələr imkan versə ki, Azərbaycan öz məsələsini özü həll eləsin, biz nəinki Qarabağı, Qərbi Azərbaycanı belə işğaldan azad etməyə tam hazırıq. Torpaqlarımızı geri qaytarmaq bizimçün problem deyil”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar