Xəbər lenti

 

Xiyar: iltihablanma, şişkinlik, qızartı və qıcıqlanmanı azaldaraq gözlərdə yaranan problemə qarşı mübarizə xüsusiyyətinə malikdir.

Bir xiyar yaxşıca yuyulur və incə dilimlər halında kəsilir. 

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, dilimləri 15 ilə 20 dəqiqə ərzində soyudun və daha sonra ən azı 10 dəqiqə ərzində gözlərinizin üzərinə qoyun. Prosesi gündə dörd-beş dəfə təkrarlayın.
Süd: ayışan gözlər üçün məşhur ev dərmanlarından biridir. Soyuq südə bir pambığı batırın və gözlərinizin ətrafına sürtün. Dərhal soyutma təsiri əldə etmək üçün südə batırılmış pambıqla kompres edə bilərsiniz. Bunu bir dəfə səhər, bir dəfə də axşam etməklə gündə iki dəfə təkrarlayın.
Gül suyu: Saf gülsuyu ayışan gözlər üçün ən təsirli ev dərmanlarından biridir. Gözlər üçün sakitləşdirici və soyuducu təsirə malikdir. Onları təmizləməyə köməkçi olur. Bir neçə şəkildə istifadə edilə bilər. Gül suyu ilə gözlərinizi ən az gündə iki dəfə yuyun.
Karbonatlı su: məhlulu gözləri sakitləşdirə və infeksiyalarla mübarizə aparmağa kömək ola bilər. 1/4 çay qaşığı karbonat tozunu ½ stəkan suyla qarışdıraraq bir karbonatlı su məhlulu əldə edin. Gözünüzü rahatlaşdırmaq üçün gözlərinizi bu məhlulla yaxşıca yuyun.
Soyuq çörək: Bu yəqin ki, eşidilməmiş bir üsuldur. Amma işə yarayır. Yalnız iki soyuq çörək almaq və onları hər iki gözün üzərinə yerləşdirmək lazımdır. Bu isə, gözlərinizdə hiss etdiyiniz hər hansı bir iltihab, qıcıqlanma və ya qaşıntının azaldılmasına kömək edir.




Ana səhifəyə qayıt        Baxış: 975          Tarix: 28-10-2017, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma