Xəbər lenti

 

Bakı-Tbilisi-Qars layihəsinə həsr olunan poçt markası buraxılıb.

Ovqat.com-un məlumatına görə, bu münasibətlə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Türkiyənin Poçt və Teleqraf təşkilatının nümayəndələri iştirak edib. Tarixi hadisə münasibəti ilə eyni poçt markası qardaş Türkiyədə də istifadəyə verilib. Təqdimat mərasimində qardaş Türkiyə, eləcə də ölkəmiz üçün bu günün önəmi bir daha diqqətə çatdırılıb. Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalanıb. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxılıb. Məktub markasının bu gündən etibarən yerli və beynəlxalq poçtdaşımalarda istifadəsinə başlanılıb. Marka 10 min tirajla istehsal olunub.\\Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 813          Tarix: 30-10-2017, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma