Xəbər lenti

                                            

“Samsung” şirkəti tərəfindən qrafendən istifadə nəticəsində hazırlanmış akkumulyator smartfonu 12 dəqiqə ərzində enerji ilə doldurur.

 Bu haqda “Financial Times” nəşri yazıb. Şirkət nümayəndələri bildirirlər ki, akkumulyatorun dolmasını beş dəfə sürətləndirən qrafen kürəcikləri uğurla sintez edilib. Bunun üçün adi litium-ion batareyaları üçün orta hesabla təxminən bir saat vaxt lazımdır.

Nəşr yazır ki, qrafen litium-ion batareyaları üçün alternativ qismində 2004-cü ildən nəzərdən keçirilir. Qrafendən hazırlanmış kürəciklər, həmçinin elektrik avtomobillərində tətbiq edilə bilər.

Qrafen qrafitdən əldə olunan karbon elementidir. O, elektrik enerjisini silisiumdan daha sürətli keçirir. Hesab edilir ki, qrafen gələcəkdə mikro və nanoelektronika sahələrində istifadə edilən əsas material olacaq.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 27-11-2017, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma