Xəbər lenti

 61 yaşlı kişinin otelə 2 min avro borcu yaranıb
Ovqat.com RİA Novosti-yə istinadən xəbər verir ki, Fransanın Bordo şəhərində 4 gün beşulduzlu oteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb. 61 yaşlı kişi ödəniş etmədən oteldən çıxmaq istəyib, lakin “Grand Hotel”in personalı müəssisəyə polis çağırıb. Sözügedən şəxs bu addımı özünə xoş olmaq və küçədə yatmamaq üçün atdığını bildirib. O, eyni zamanda pullarının və əşyalarının oğurlandığını, ödənişi isə bank vasitəsi ilə edəcəyini söyləyib. Qeyd olunur ki, kişini dələduzluq işi üzrə məhkəmə gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 7-05-2017, 00:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma